Hazırda “Barselona”nın heyətində çıxış edən Markus Reşford “Mançester Yunayted”dəki ən parlaq dönəmi barədə danışıb.
İdman.Biz xəbər verir ki, Markus Reşford keçmiş baş məşqçisi Ole Qunnar Sulşer haqqında danışıb.
Norveçli mütəxəssisin nəzarəti altında oynadığı dövrü karyerasının ən yaxşı mərhələsi adlandıran hücumçu həmin vaxt komanda daxilində müsbət mühitin olduğunu bildirib.
“Ole möhtəşəm insan idi. Onun rəhbərliyi altında oynamağı çox sevirdim. Məncə, komandadakı bir çox futbolçu da eyni şeyi deyə bilər. Həm yaxşı futbol oynayırdıq, həm də bu, şəxsən mənim üçün çox uğurlu dövr idi”, – Reşford TV2-yə açıqlamasında deyib.
Xatırladaq ki, Sulşer dönəmində Reşford “Mançester Yunayted”in əsas hücum güclərindən birinə çevrilmiş, xüsusilə 2022/23 mövsümündə 30 qol vuraraq parlamışdı. Lakin mövsümün sonuna doğru onların münasibətində gərginlik yaranmış, məşqçi Reşfordun sosial fəaliyyətləri ilə bağlı “futbola daha çox fokuslan” sözləri gündəm olmuşdu. Buna baxmayaraq, futbolçu Sulşerin istefasından sonra onu açıq şəkildə müdafiə etmişdi.
İspaniyada isə Reşford yenidən yüksək forma tapıb. Hans-Diter Flikin hücum sistemində vacib fiqura çevrilən futbolçu hazırkı mövsümdə Çempionlar Liqasında 4 qol və 1 assist, La Liqada isə 1 qol və 5 assist ilə yadda qalıb. Onun hər 88 dəqiqədə bir qol epizodunda iştirak etməsi diqqət çəkib.
