İspaniya mediası “Real Madrid”in braziliyalı sol cinah hücumçusu Vinisius Junior barədə maraqlı məlumat yayıb.
İdman.Biz xəbər verir ki, futbolçu klub ətrafında dolaşan danışıqlardan və söz-söhbətlərdən narahat olub. “El Klasiko”da azarkeşlər qarşısında özünü göstərmək istəyi də onun üzərində əlavə təzyiq yaradıb.
Vinisiusun ikinci hissədə əvəzlənərkən özündən çıxması və aqressiv davranışları da məhz bu gərginliklə bağlı olub. Qol vurmadan əvəzlənərək meydanı tərk etməsi isə futbolçunu ciddi şəkildə məyus edib.
Xatırladaq ki, braziliyalı oyunçu “Barselona” ilə matç zamanı Pedrini təhqir edib, əvəzlənərkən “Real Madrid”in baş məşqçisi Xabi Alonsonu söyüb və görüşdən sonra rəqib komandanın hücumçusu Lamin Yamalla mübahisə edib.
