“Real”ın baş məşqçisi: “Yamalla bağlı xüsusi çətinliyimiz olmadı”

Xəbərlər
27 Oktyabr 2025 07:14
36
“Real”ın baş məşqçisi: “Yamalla bağlı xüsusi çətinliyimiz olmadı”

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso İspaniya La Liqasının 10-cu turunda “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra rəqib komandanın gənc yarımmüdafiəçisi Lamin Yamalın oyununa münasibət bildirib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına bildirib ki, oyun zamanı Yamalla bağlı xüsusi çətinlik yaşanmayıb:

“Biz komanda şəklində yaxşı müdafiə olunmağa çalışırıq və onunla (Yamalla) bağlı xüsusi bir problemimiz olmadı. Komanda bütövlükdə yaxşı müdafiə olundu və rəqibə çox epizod yaratmağa imkan vermədi”.

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə həm “Barselona”, həm də İspaniya millisinin heyətində 10 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu qələbədən sonra “Real” 10 oyundan topladığı 27 xalla La Liqada liderliyini davam etdirir. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz