Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə uduzduqları (1:3) matçdan sonra fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

26 yaşlı yarımmüdafiəçi məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib:
“Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”.
Qeyd edək ki, “Qarabağ”ın yeganə qoluna matçın 50-ci saniyəsində Leandro Andrade imza atıb.
