Sağalacağına zəmanət yoxdur, amma Deulofeu hər gün mübarizə aparır

Xəbərlər
24 Oktyabr 2025 11:06
51
Sağalacağına zəmanət yoxdur, amma Deulofeu hər gün mübarizə aparır

2022-cü ildə aldığı zədədən sonra bir neçə əməliyyat keçirən, lakin qığırdaq infeksiyasının yaratdığı ağırlaşma səbəbindən yaşıl meydanlara qayıda bilməyən Jerar Deulofeu “Udineze” ilə müqaviləsinə xitam verilməsinə baxmayaraq, hər gün klubun təlim mərkəzinə gələrək fəal şəkildə məşq edir.

İdman.Biz xəbər verir ki, 30 yaşlı hücumçu xarici mətbuata verdiyi açıqlamada söyləyib ki, həkimlər onun zədəsinin sağalacağına zəmanət verməsələr də, o ümidini itirmir.

“Bu, tarixdə ən çətin bərpa ola bilər. Amma əgər kimsə bunu edə biləcəksə, bu, mən olacağam” - deyə ispaniyalı futbolçu bildirib.

Jerar Deulofeunu təkcə ailəsi tərəfindən deyil, həm də klubu tərəfindən dəstək görüb. “Udineze” dərhal futbolçunun müqaviləsinə xitam verməyib və onun sağalacağına inanıb, lakin bu ilin yanvar ayında, təxminən 800 gün gözlədikdən sonra nəhayət İtaliya klubu da müqaviləni ləğv edib. Futbolçu isə artıq min gündən çoxdur ki, inamını itirmir və məşqləri davam etdirir.

Məlumat üçün əlavə edək ki, Deulofeu bir vaxtlar “Barselona”nın ən perspektivli gənc oyunçularından biri olub, o, əsas komandada 12 oyuna çıxıb və bir dəfə fərqlənməyi də bacarıb.

İdman.Biz