Azərbaycanın I Liqasında VI tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha 3 matç keçirilib.
Turun mərkəzi görüşü "Şəfa" ilə "Səbail" arasında baş tutub. Liderlərin dueli sülhlə yekunlaşıb. "Şəfa" 16 xalla liderdir. "Səbail" isə ondan 2 xal geri qalır.
Digər oyunlarda "Cəbrayıl" evdə "Şahdağ Qusar"a (3:1), "Mingəçevir" isə səfərdə "Zaqatala"ya (3:2) qalib gəlib.
Azərbaycan 1-ci Liqası
1-ci dövrə, 6-cı tur
23 oktyabr
"Şəfa" - "Səbail" 2:2
Qollar: Elnur Cəfərov, 11. Nahid Əliyev, 45+2 - Emin Rüstəmov, 25. Kamran Quliyev, 30.
Baş hakim: Vüqar Həsənli.
Binə qəsəbə stadionu.
"Zaqatala" - "Mingəçevir" 2:3
Qollar: Rəhman Şabanov, 24-pen. Kamal Kazımov, 43 - Kennet Kalunqa, 7; 73. Samir Abdullayev, 30.
Baş hakim: Murad Səlimov.
Zaqatala OİK stadionu.
"Cəbrayıl" - "Şahdağ Qusar" 3:1
Qollar: Balamirzə Soltanov, 4. Sadiq Hüseynli, 39. Dileyn Açimi, 47 - Sənan Ağalarov, 67.
Baş hakim: Rövşən Rəcəbov.
Şamaxı OİK stadionu.
22 oktyabr
"Şimal" - "Difai" 1:4
MOİK - "Baku Sportinq" 0:0
Bombardir: Seyxan Fərəcov (MOİK) - 5 qol.