Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb - VİDEO - İdman və Biz

“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb - VİDEO

Xəbərlər
23 Oktyabr 2025 20:21
41
“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb - VİDEO

“İnter Mayami” özünün X sosial media səhifəsində forvard və kapitan Lionel Messinin stadionda təmir işlərinin fonunda sənədləri oxuduğunu və sonra imzaladığını göstərən bir video yayımlayıb. Flaminqolar paylaşıma “O evdədir” şərhini yazıblar.

İdman.Biz bildirir ki, media daha əvvəl 38 yaşlı futbolçunun müddəti 2028-ci ilə qədər olan yeni müqavilə imzalayacağını bildirmişdi.

İnsayder Fabrisio Romano da argentinalının klubla anlaşdığını yazıb.

“İnter Mayami”nin yeni stadionunun açılışı gələn il planlaşdırılır.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində forvard bütün yarışlarda 82 matçda meydana çıxıb, 71 qol vurub və 37 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 18 milyon avrodur.

İdman.Biz