Niderlandın “Utrext” klubu UEFA-ya müraciət edərək “Lion”la matçda komandaya qələbə verilməsini tələb edilib.
İdman.Biz bildirir ki, bu komandalar arasındakı UEFA Avropa Liqasının birinci turu çərçivəsində oyun “Lion”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Uterxt”in şikayətinin səbəbi yarımmüdafiəçi Raşid Qezzalın fransız klubunda çıxış etməsidir.
Oyunçu sentyabrın 5-də yarış üçün qeydiyyatdan keçsə də, UEFA onun qeydiyyatını ləğv edib. Üstəlik, Qezzal məhsuldar ötürmə etməklə “Utrext”lə oyunun nəticəsinə birbaşa təsir edib.
Avropa futbolunun rəhbər orqanı artıq futbolçunu yarışdan kənarlaşdırıb və araşdırmaya başlayıb.