FIFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində ağır zədə almış Münhen “Bavariya”sının yarımmüdafiəçi Camal Musiala məşqləri bərpa edib.
İdman.Biz “Sky” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu yüngül qaçış edib və bəzi sadə məşq hərəkətlərini yerinə yetirib.
Mənbə yazır ki, Almaniya millisinin üzvü dekabr ayında yaşıl meydanlara qayıtmağı planlaşdırır.
Xatırladaq ki, Camal Musiala iyulun 6-da PSJ ilə matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırmışdı.