Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Qarabağ”ı “Atletik”lə səfər oyununda dəstəkləyəcək azarkeşlərin SAYI - İdman və Biz

“Qarabağ”ı “Atletik”lə səfər oyununda dəstəkləyəcək azarkeşlərin SAYI

Xəbərlər
22 Oktyabr 2025 18:22
58
“Qarabağ”ı “Atletik”lə səfər oyununda dəstəkləyəcək azarkeşlərin SAYI

Ağdamın “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Atletik”lə Bilbaoda keçiriləcək oyunda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

İdman.Biz “Onda Vasca”ya istinadən xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün “San Mames” stadionunda 321 saylı qonaq sektoru ayrılıb. Həmin sektorun tutumu 600 nəfərdir.

Eyni zamanda, yerli hakimiyyət orqanları təxminən 400 “Qarabağ” azarkeşinin oyunu izləmək üçün Bilbaoya gələcəyini gözləyir. Bildirilir ki, stadionda və onun ətraf ərazilərində hüquq-mühafizə orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Yerli KİV həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun rəqibə olan hörmətli münasibətini və yaxşı qəbula görə minnətdarlığını qeyd edib.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Atletik” və “Qarabağ” klubları arasında oyun bu gün Bilbaoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda altı xalla turnir cədvəlinin 6-cı pilləsində, basklar isə hələ xal toplaya bilmədiklərindən 34-cü yerdə qərarlaşıblar.

Teymur Tuşiyev

İdman.Biz