Millimizin sabiq futbolçusu: “Qarabağ”ın İspaniyada xal qazanacağına inanıram”

Xəbərlər
22 Oktyabr 2025 18:08
41
Millimizin sabiq futbolçusu: “Qarabağ”ın İspaniyada xal qazanacağına inanıram”

“Komandanın çətin səfərdən xal və ya xallarla dönəcəyinə ümid edirəm”.

Bu sözləri sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov deyib.

37 yaşlı keçmiş müdafiəçi UEFA Çempionlar Liqasında bu gün keçiriləcək “Atletik” (İspaniya) - “Qarabağ” oyunu ilə bağlı fikirlərini bölüşüb: “Təmsilçimizə uğurlar arzulayıram. Çox çətin matç olacaq. Çünki rəqib də qalib gəlmək istəyir və ilk iki qarşılaşmada məğlub olacaq. Meydan sahibləri azarkeşləri önündə qələbə üçün nə lazımdırsa edəcək”.

V.Hüseynov “Qarabağ”ın müsbət nəticəyə nail ola biləcəyini söyləyib: “Komanda belə çətin oyunları çox görüb. Yetəri qədər təcrübələri var. Ümid edirəm ki, səfərdən xalla dönəcəklər. Buna çox inanıram”.

Qeyd edək ki, bu gün “San Mames” stadiondakı “Atletik” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

İdman.Biz