Vaqif Sadıqov: “Tam fərqli futbol məktəbinin nümayəndəsi ilə üz-üzə gələcəyik”

Xəbərlər
22 Oktyabr 2025 13:48
34
Vaqif Sadıqov: “Tam fərqli futbol məktəbinin nümayəndəsi ilə üz-üzə gələcəyik”

“Qarabağ”dan gözləntilərimiz böyükdür”.

Bu sözləri sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün keçiriləcək “Atletik” (İspaniya) - “Qarabağ” matçı ilə bağlı fikirlərini bölüşüb:

“İnanırıq ki, ilklərin davam Bilbaoda da görəcəyik. “Qarabağ”ın turnirə uğurlu start verməsi Avropanın digər klublarını bizimlə oyunlarda daha ehtiyatlı olmağa sövq edir. Məncə, hər komanda təmsilçimizlə qarşılaşmalarda qələbə qazanmaq niyyətindədir. Ancaq çempionumuz həmişə bu durumdan çıxış yolunu tapır və azarkeşləri sevindirmək üçün əlindən gələni edir”.

Sadıqov bugünkü oyunun çox ağır olacağını vurğulayıb:

“Tam fərqli futbol məktəbinin nümayəndəsi ilə üz-üzə gələcəyik. İspaniya futbolu Avropada dominantlıq edir. “Qarabağ”ın belə rəqibə qarşı oyununu izləmək maraqlı olacaq. İnanıram ki, budan əvvəlki matçlardakı kimi tam gücü və iradəni ortaya qoyacaqlar. “Qarabağ” öz oyun üslubuna sadiq qalsa, ən yaxşı oyunlardan birini sərgiləyəcək”.

Qeyd edək ki, bu gün “San Mames” stadiondakı “Atletik” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

İdman.Biz

Məqalədə: