UEFA Gənclər Liqası: “Qarabağ” “Atletik”ə, “Sabah” “Nant”a qarşı

Xəbərlər
22 Oktyabr 2025 10:03
41
UEFA Gənclər Liqası: “Qarabağ” “Atletik”ə,  “Sabah” “Nant”a qarşı

Bu gün “Qarabağ” və “Sabah” klublarının U-19 komandaları UEFA Gənclər Liqasında meydana çıxacaqlar.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası altı xalla altıncı, hər iki görüşdə uduzan “köhlən atlar” 35-cidir.

“Sabah” isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.

İdman.Biz

Məqalədə: