ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-də oktyabrın ən yaxşısı seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə Mayami təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumçu karyerasında beşinci dəfə MLS-də ayın oyunçusu seçilərək liqada rekord müəyyənləşdirib.
Messi eyni zamanda Karlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra bir mövsümdə üç dəfə bu mükafatı qazanan futbolçu olub.
Qeyd edək ki, Lionel Messi oktyabrda keçirdiyi üç oyunda beş qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.