“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp hesab edir ki, “Mançester Yunayted” rəhbərliyi bir vaxtlar Pol Poqba və Kriştianu Ronaldunu komandaya geri qaytarmaqla səhvə yol verib.
İdman.Biz xəbər verir ki, o bu barədə “The Diary Of A CEO” “YouTube” kanalına müsahibəsində bildirib.
“Mən “Mançester Yunayted”i çalışdırsaydım, Poqbanı geri qaytarmazdım. Ronaldu? Onu da yox. Futbolçunun komandaya qayıtması çox nadir hallarda uğurlu alınır”, – alman mütəxəssisin vurğulayıb.
Xatırladaq ki, K. Ronaldo 2021-ci ildə “Qırmızı şeytanlar”ın heyətinə qayıtmışdı. Lakin 2022-ci ilin sonlarında portuqaliyalı hücumçu klubla qalmaqallı şəkildə yollarını ayırdı. Hazırda 40 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun oyunçusudur. Onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.