Kilian Mbappe La Liqanın doqquzuncu turunda “Real”(Madrid) heyətində “Xetafe”yə qarşı səfər oyununda komandasına minimal hesablı qələbə qazandırmaqla yanaşı adını klubun tarixinə yazdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Matçın yeganə qolunu Mbappe 80-ci dəqiqədə Arda Gülərin ötürməsindən sonra vurub. Bu qol hücumçunun cari mövsümdə İspaniya çempionatında vurduğu 10-cu top olub. Bundan əlavə, onun aktivində iki məhsuldar ötürmə də var.
Beləliklə, K. Mbappe 2014/2015 mövsümündən bəri La Liqanın ilk doqquz turunda 10 və ya daha çox qol vuran “Real” futbolçusu kimi tarixə düşüb. Bu göstəriciyə sonuncu dəfə Kriştianu Ronaldu nail olmuşdu - o zaman portuqaliyalı ulduz 17 dəfə fərqlənmişdi.