Venger, Anri və Varan birlikdə “Komо” - “Yuventus” matçını birgə izləyiblər – FOTO

Xəbərlər
19 Oktyabr 2025 22:06
37
Venger, Anri və Varan birlikdə “Komо” - “Yuventus” matçını birgə izləyiblər – FOTO

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger, eləcə də Fransa millisinin keçmiş futbolçuları Tyerri Anri və Rafael Varan İtaliya A Seriyasının 7-ci turu çərçivəsində keçirilən “Komо” – “Yuventus” oyununu birlikdə izləyiblər.

İdman.Biz xəbər verir ki, “Cüzeppe Sinigallia” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Komо”ya qələbəni Mark-Oliver Kempf və Nikolas Pasın qolları qazandırıb.

Avropa futbolunun ulduzları görüşü tribunadan izləyiblər və yayım rejissoru onları matçın 33-cü dəqiqəsində ekranda göstərib.

Komandaya Arsen Vengerin keçmiş yetirməsi və Tyerri Anrinin sabiq komanda yoldaşı Sesk Fabreqas rəhbərlik edir. Hazırda “Komо” A Seriyasında 12 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Rafael Varan 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Komо”ya keçib, klubda bir oyun keçirib və elə həmin ilin oktyabrında futbolçu karyerasını başa vurub.

İdman.Biz