“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının doqquzuncu turunda “Jirona” (2:1) ilə oyunun sonunda qırmızı vərəqə alması ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, alman mütəxəssis hakim qərarlarına etiraz etdiyi üçün cəzalandırılıb və buna görə qarşıdakı "El Klassiko"da, Madrid “Real”ına qarşı oyunu buraxacaq.
Flik bildirib ki, hakimlə danışmağa çalışıb, lakin o baş məşqçi ilə ünsiyyət qurmaq istəməyib: "Hakim qərarını verdi və mən onu hörmətlə qarşılayıram. Mənim üçün ağırdır ki, "El Klassiko"da komandamla birlikdə ola bilməyəcəm”.
Qeyd edək ki. “Real” – “Barselona” matçı oktyabrın 26-da “Santiyaqo Bernabeu” stadionunda keçiriləcək.