Bukmekerlər “Liverpul” – “Mançester Yunayted” oyununun favoritini açıqlayıb

Xəbərlər
19 Oktyabr 2025 11:49
35
Bukmekerlər “Liverpul” – “Mançester Yunayted” oyununun favoritini açıqlayıb

Bu gün İngiltərə Premyer Liqasının 8-ci turunun mərkəzi qarşılaşması - “Liverpul” və “Mançester Yunayted” oyunu “Enfild” stadionunda baş tutacaq.

İdman.biz xəbər verir ki, bukmeker şirkətlərinin məlumatına görə, qarşıdakı matçın favoriti meydan sahibləri hesab olunur. “Liverpul”un qələbəsinə 1.64 əmsal verilib ki, bu da təxminən 62 faiz ehtimala bərabərdir. “Mançester Yunayted”in qələbəsi 5.30 (16 faiz), heç-heçə isə 4.40 (22 faiz) əmsalla qiymətləndirilir.

Ekspertlər məhsuldar görüş gözləyirlər. Ümumi qol sayı 2.5-dən çox variantına 1.45, 2.5-dən az variantına isə 2.70 əmsal təklif olunur. Hər iki komandanın qol vuracağı ehtimalı isə 1.50 əmsalla dəyərləndirilib.

Qeydedək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İdman.Biz