Pro Liqa: Lider “Əl-Hilal” ardıcıl 13-cü qələbəsini qazanıb

Xəbərlər
23 Yanvar 2026 01:20
39
Pro Liqa: Lider “Əl-Hilal” ardıcıl 13-cü qələbəsini qazanıb

Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda “Əl-Hilal” və “Əl-Feyha” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Kingdom Arena”da (Ər-Riyad) oynayıblar. “Əl-Hilal” 4:1 hesablı qələbə qazanıb.

“Əl-Feyha”nın yarımmüdafiəçisi Feşn Sakala 14-cü dəqiqədə hesabı açıb. “Əl-Hilal”ın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç 37-ci dəqiqədə hesabı bərabərləşdirib. 45-ci dəqiqədə qonaqların qolkiperı Orlando Moskera öz qapısına qol vurub. Məhəmməd Kanno 61-ci dəqiqədə ev sahibi komandanın üçüncü qolunu vurub. “Əl-Hilal”ın hücumçusu Markos Leonardo 90-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu, “Əl-Hilal”ın ardıcıl 13-cü qələbəsidir.

Səudiyyə Ərəbistanı Premyer Liqasında 16 oyundan sonra “Əl-Hilal”ın aktivində 44 xalı var və turnir cədvəlində birinci yerdədir. “Əl-Feyha” 14 xalla 13-cü yerdədir.

İdman.Biz