Türkiyənin “Fənərbağça” klubu “Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyevi transfer etməkdə maraqlıdır.
İdman.Biz-in “Gettesport”a istinadən verdiyi məlumata görə, İstanbul komandası 25 yaşlı futbolçu üçün təxminən 10 milyon avro təklif etməyə hazırdır.
Fransa və İtaliyadan bir sıra klubların da Elvin Cəfərquliyevlə maraqlandığı bildirilir.
