“Arsenal” yarımmüdafiəçisi korner zərbələrini “dəhşətli” adlandırıb

Xəbərlər
19 Oktyabr 2025 11:30
33
“Arsenal” yarımmüdafiəçisi korner zərbələrini “dəhşətli” adlandırıb

“Arsenal” İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə “Fulhem” üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.biz xəbər verir ki, London derbisində “Kreyven Kottic” stadionunda vurulan yeganə qol Leandro Trossara məxsus olub.

Məhsuldar ötürmə verən İngiltərə yığmasının yarımmüdafiəçisi Bukayo Saka öz zərbələrindən razı qalmayıb. O, Sky Sports-a açıqlamasında deyib:

“Oyunun əvvəlində bir neçə dəhşətli korner vurdum və çox məyus oldum. Amma cəhd etməyə davam etdim. Nəhayət, dördüncü zərbədə hər şey alındı - Qabriel topa toxundu və Trossar qol vurdu. Komandaya kömək edə bildiyim üçün xoşbəxtəm.”

Saka həmçinin komandanın dözümlülüyünü və xarakterini vurğulayıb:

“Bilirik ki, bizdən nə gözlənilir. Oyuna yaxşı başlamadıq, amma xarakter göstərdik. Əsas olan hər vəziyyətdə qalib gəlməkdir.”

Qeyd edək ki, bu qələbə sayəsində “Arsenal” 3 xal qazanaraq yenidən “Mançester Siti”ni geridə qoyub və Premyer Liqanın liderliyini qoruyub.

İdman.Biz