Bahadur Həziyev: “Düşünürəm ki, bu, altı xallıq matç olacaq” - MÜSAHİBƏ

Müsahibə
16 Oktyabr 2025 19:33
35
Bahadur Həziyev: “Düşünürəm ki, bu, altı xallıq matç olacaq” - MÜSAHİBƏ

“Asan olmayacağını əvvəlcədən bilirdik”.

Bunu "Səbail”in hücumçusu Bahadur Həziyev sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- I Liqanın V turunda “Zaqatala”nı 1:0 hesabı ilə üstələdiniz. Oyunla bağlı nə deyə bilərsən?

- İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman yanımızdadırlar. Oyun çox maraqlı alındı. Yaxşı temp var idi. Rəqib yaxşı müdafiə olunurdu. Onlar əks-hücumlara üstünlük verirdilər. Hər iki hissədə üstünlük bizdə idi. Çoxlu qol şanslarımız oldu, amma 1 dəfə fərqlənə bildik və üç xal qazandıq.

- Hazırda məğlubiyyətsiz irəliləyirsiniz və I Liqada lidersiniz. Bu, sizdə arxayınlıq yaratmır ki?

- Xeyr. Hələ beş oyunda meydana çıxmışıq. Qarşıda yetəri qədər matçlar var. Belə davam etmək istəyirik. Hər qarşılaşmaya 1 yox, 3 xal üçün çıxırıq. Hədəfimiz çempionluqdur.

- I Liqada çempionluğa iddialı digər komandalar da var. Mövsüm başlayanda belə nəticə gözləyirdiniz?

- Onlardan biri də bizik. Zəif rəqib yoxdur. I Liqada hər kəs mübarizə aparır. Asan olmayacağını əvvəlcədən bilirdik.

- Premyer Liqa təcrübən də var. İki liqa arasında fərq çox böyükdür?

- I Liqada daha çox sərt və mübarizəli futbol görürük. Premyer Liqada isə taktika və texnikiya üstünlük verilir.

- Növbəti görüşünüz digər iddialı kollektik “Şəfa”ya qarşı olacaq...

- Düşünürəm ki, bu, altı xallıq matç olacaq. Bu oyuna ciddi yanaşmalıyıq. Meydana da qələbə üçün çıxacağıq.

- Ayın sonunda Azərbaycan Kubokunun II təsnifat mərələsində “Şamaxı” ilə üz-üzə gələcəksiniz. Bu oyun haqqında nə deyə bilərsən?

- Hələlik bu matçı düşünmürük. İndi çempionat oyununa köklənəcəyik.

- Ölkə kubokunda sensasiya ola bilərmi?

- Futbolda hər şey mümkündür.

İdman.Biz