2026-cı il dünya çempionatının oyunlarının bilet qiymətləri Qətərdə baş tutmuş son dünya çempionatı ilə müqayisədə kəskin bahalaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə “The Telegraph” xəbər verir.
Belə ki, açılış matçının biletləri 370 dollardan(629 manat) başlayır, ən bahalıları isə 1 800 dollara(təxminən 3 min manat) çatır. Müqayisə üçün qeyd edək ki, Qətərdə onların qiyməti müvafiq olaraq 55 və 618 dollar olub.
Nyu-Yorkda keçiriləcək finala biletlərin qiyməti isə 2 min dollardan(3 400 manat) başlayır ki, bu, üç il əvvəlki ən ucuz biletlərin qiymətindən 10 dəfə çoxdur.
Məlumat üçün əlavə edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.