Zinəddin Zidan öz dövrünün ən güclü futbolçusunun ADINI AÇIQLADI - FOTO

Xəbərlər
14 Oktyabr 2025 13:18
91
Zinəddin Zidan öz dövrünün ən güclü futbolçusunun ADINI AÇIQLADI - FOTO

Fransa millisinin sabiq üzvü, dünya və Avropa çempionu Zinəddin Zidan 1990-cı illər və 2000-ci illərin əvvəllərində oynadığı dövrün ən güclü futbolçusu barədə fikrini bölüşüb.

İdman.Biz "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, əfsanəvi futbolçu o dövrün oyununda daha romantik çalarların olduğunu bildirib.

Zidan həmin illərin ən yaxşısı kimi Braziliya millisinin sabiq hücumçusunu önə çəkib: “Əgər bizim dövrümüzdən danışırıqsa, mən Ronałdunu seçərdim. Onun meydanda etdikləri inanılmaz idi. O, sənə deyə bilərdi ki, topu ayaqlarının arasından keçirəcək – və bunu həqiqətən edirdi.

Bizim dövrün futbolunu indiki ilə müqayisə etsəm, hücum futbolundakı romantikanın çatışmadığını deyərdim. Müasir futbol bəzən çox güc oyununa çevrilib, baxmayaraq ki, hələ də çox yaxşı oyunlar olur”.

Qeyd edək ki, Ronaldu ikiqat dünya çempionudur (1994, 2002), həmçinin milli komanda ilə iki dəfə Amerika Kubokunu (1997, 1999), Konfederasiyalar Kubokunu (1997) və Atlanta-1996 Olimpiya Oyunlarında bürünc medal qazanıb.

İdman.Biz