Messinin bu gün Argentinanın heyətində meydana çıxacağı gözlənilir

Xəbərlər
14 Oktyabr 2025 10:21
33
Messinin bu gün Argentinanın heyətində meydana çıxacağı gözlənilir

Argentina millisinin hücumçusu Lionel Messi yenidən komandanın düşərgəsində məşqlərə qoşulub.

İdman.Biz xəbər verir ki, bu barədə yığmanın “X” sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.

38 yaşlı kapitan oktyabrda Venesuela və Puerto-Riko ilə oyunlar üçün milliyə çağırılmışdı. Lakin Mayamidə keçirilən və Argentinanın 1:0 hesablı minimal qələbəsi ilə başa çatan ilk görüşdə iştirak etməyib. Baş məşqçi Lionel Skaloni bunun səbəbini “mövcud şəraitlə bağlı qərar” kimi izah edib.

Argentina Futbol Federasiyasının rəsmi açıqlamasında vurğulanıb ki, Messinin məşqlərə qayıdışı məşqçilər korpusuna “əsas məqamlar üzərində işləməyə” və ikinci yoldaşlıq oyununa daha keyfiyyətli hazırlaşmağa imkan verəcək.

Messinin oktyabrın 14-dən 15-nə keçən gecə keçiriləcək Puerto-Riko ilə görüşdə iştirak edəcəyi gözlənilir.

İdman.Biz

Məqalədə: