“Futbolçularımızın Ukrayna üzərində qələbəsinə inanmıram” - Eyyub Yaqubovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Xəbərlər
13 Oktyabr 2025 17:53
71
“Futbolçularımızın Ukrayna üzərində qələbəsinə inanmıram” - Eyyub Yaqubovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Düşünürəm ki, komandamız məğlub olacaq”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycanın Xalq artisti Eyyub Yaqubov 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Ukrayna - Azərbaycan oyunu ilə bağlı danışarkən deyib.

O, saytımıza açıqlamasında matçla bağlı proqnozunu açıqlayıb.

“Yığmamız son vaxtlar inkişaf etməyə başlayıb, amma Ukraynaya qarşı uğurlu nəticəyə inanmıram. Düşünürəm ki, komandamız məğlub olacaq, lakin böyük fərqlə deyil - oyun ya 1:0, ya da 2:1 hesabı ilə Ukrayna yığmasının xeyrinə yekunlaşacaq. Təbii ki, proqnozumun səhv çıxmasını çox istərdim. Yığmamıza uğurlar arzulayıram!”

Vüqar Vüqarlı

İdman.Biz