Azərbaycanla oyunda zədələnən Mbappenin son durumu AÇIQLANDI

Xəbərlər
11 Oktyabr 2025 12:09
46
Azərbaycanla oyunda zədələnən Mbappenin son durumu AÇIQLANDI

Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı hücumçu komandasının oktyabrın 13-də səfərdə keçirəcəyi İslandiya ilə oyununu buraxacaq.

Qeyd edək ki, Kilian Mbappe ötən gün Parisdə baş tutan Fransa-Azərbaycan oyununda(3:0) zədələnib və görüşün 83-cü dəqiqəsində əvəzlənib.

İdman.Biz

Məqalədə: