Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu ada Mühhen “Bavariya”sının hücumçusu Harri Keyn layiq görülüb.
İngiltərə millisinin kapitanı ay ərzində yüksək məhsuldarlığı ilə fərqlənib. O, sentyabrda meydana çıxdığı üç oyunda yeddi qol vuraraq komandasının uğurlarının əsas memarı olub.
Qeyd edək ki, 32 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayında bitir.