Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu seçildi

Xəbərlər
10 Oktyabr 2025 16:01
30
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu seçildi

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

İdman.Biz yarışın rəsmi saytına istinadən xəbər verir ki, ayın ən yaxşısı “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand seçilib.

O, sentyabrda meydana çıxdığı üç oyunda beş qola imza atıb.

Qeyd edək ki, 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinən E.Holand cari mövsümdə meydana çıxıdığı yeddi görüşdə doqquz qol vurub. “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 13 xall beşinci pillədə qərarlaşıb.

İdman.Biz