Mahir Şükürov: “İndiki milli Azərbaycan tarixinin ən zəifidir” - VİDEO

Xəbərlər
10 Oktyabr 2025 19:22
58
Mahir Şükürov: “İndiki milli Azərbaycan tarixinin ən zəifidir” - VİDEO

"O vaxtkı milli komanda ilə indiki millini müqayisə etmək mümkün deyil - yerlə göy qədər fərq var. Hazırkı yığma, bəlkə də, Azərbaycan futbolu tarixinin ən zəif millisidir. Buna görə də milli komandaları bir-biri ilə müqayisə etmək doğru olmaz".

Bu sözləri Apasport.az saytına açıqlamasında millinin sabiq futbolçusu Mahir Şükürov deyib.

O, matç barəsində fikirlərini bölüşüb: "Oyun barədə danışsaq, sadəcə onu demək istəyirəm ki, Allah milli komandamızın Fransa qarşısında köməyi olsun. Ümid edirəm, heç olmasa böyük hesabla uduzmazlar. Onsuz da hamı yaxşı bilir ki, yığmamız Fransaya məğlub olacaq".

Veteran müdafiəçi yeni baş məşqçi Ayxan Abbasov haqda da danışıb: "Ayxan Abbasova gəlincə, ondan indilik heç nə gözləmək olmaz. Çünki o, yeni gəlib milli komandaya. Əslində, istər Mourinyo gəlsin, istər Qvardiola - bu heyətlə böyük uğur qazanmaq mümkün deyil. Buna baxmayaraq, bugünkü oyunda milli komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.Biz