“Konyaspor” futbol məktəbi Bakıda - FOTO

Xəbərlər
10 Oktyabr 2025 15:08
34
“Konyaspor” futbol məktəbi Bakıda - FOTO

Bakıda Türkiyənin “Konyaspor” futbol klubunun məktəbi fəaliyyətə başlayıb.

İdman.Biz xəbər verir ki, məktəbin əsas məqsədi istedadlı azərbaycanlı uşaqlara Türkiyədə futbol oynamaq imkanı yaratmaq və ölkəmizdə uşaq futbolunun inkişafına töhfə verməkdir.

“Konyaspor” klubunun rəhbər şəxsləri Bakıya gələrək komanda ilə görüş keçiriblər.

Görüşdə “Konyaspor”un futbol koordinatoru Səlçuk Buğdaycı, Türkiyə İdman Elmləri Dərnəyinin sədri Fikrət Soyer, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl iştirak ediblər.

İdman.Biz