Vinisius Juniorun evi yanıb

Xəbərlər
9 Oktyabr 2025 17:11
29
Vinisius Juniorun evi yanıb

Madridin “Real” klubunun braziliyalı hücumçusu Vinisius Juniorun evində yanğın baş verib.

İdman.Biz bu barədə “Marca” nəşri məlumat yayıb.

Hadisə bu gün, yerli vaxtla təxminən saat 11:00 radələrində qeydə alınıb. Çağırışdan sonra hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub. Onlar qısa müddətdə alovu söndürüb, zərər görmüş otaqları havalandırıblar.

İlkin məlumatlara görə, yanğının səbəbi saunanın asma tavanındakı elektrik naqillərində yaranan nasazlıq olub. Duman evin iki mərtəbəsini bürüsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə zamanı Vinisius evdə olmayıb. Günorta saatlarında yanğınsöndürənlər işlərini başa vuraraq ərazini tərk ediblər.

İdman.Biz