“Barselona” artıq Avropa Superliqasını dəstəkləmir.
İdman.Biz bildirir ki, kataloniyalılar Çempionlar Liqasının formatında dəyişikliklərdən razı qaldıqları üçün layihədən çəkilməyi planlaşdırırlar.
“COPE”nin məlumatına görə, “Barsa” artıq Superliqa layihəsindən imtina edib, lakin rəsmi olaraq bunu edə bilmir.
“Barsa”nın digər klublar kimi Superliqadan çıxdığını rəsmən elan edə bilməməsinin yeganə səbəbi “A22”dən (təşkilatçı şirkət) ayrılacağı təqdirdə ödəməli olacağı əhəmiyyətli maliyyə cəzalarıdır.
Layihədən çəkilən digər klublar bunu vaxtında edib, “Barsa” isə yox. Klubun hazırkı vəziyyətini nəzərə alsaq, “Barsa”nın məhkəmə proseslərinə qarışması məqsədəuyğun olmazdı.
“Barselona”nın məqsədi layihənin ölməsinə imkan verməkdir. Klub başa düşür ki, iki klubdan ibarət layihə bütün Avropaya yayılmayacaq və imkan yaranan kimi “Barsa” və Laporta Superliqadan ayrılacaqlar”, - “COPE” yazır.