“Mançester Siti”yə qarşı 115 ittiham - İstintaq işi yekunlaşmaq üzrədir

Xəbərlər
9 Oktyabr 2025 14:26
34
“Mançester Siti”yə qarşı 115 ittiham - İstintaq işi yekunlaşmaq üzrədir

İngiltərənin “Mançester Siti” klubuna qarşı irəli sürülmüş 115 ittiham üzrə maliyyə qaydalarının pozulması ilə bağlı istintaq işi yekunlaşdırmaq üzrədir.

İdman.Biz “Englishntv plus”a istinadən xəbər verir ki, çoxdan gözlənilən qərar artıq bu ay elan oluna bilər.

İngiltərə Premyer Liqası “şəhərlilər”i bir sıra ciddi pozuntularda ittiham edir:

- gəlir və sponsor müqavilələri barədə düzgün məlumat verməmək;

- futbolçulara və məşqçilərə edilən ödənişləri gizlətmək;

- UEFA-nın maliyyə feyr-pley qaydalarını pozmaq;

- illərlə aparılan araşdırma ilə tam əməkdaşlıq etməmək və digər ittihamlar.

Qeyd olunur ki, İttihamlar 2009–2018-ci illəri əhatə edir. “Mançester Siti” isə bütün iddiaları təkzib edir və özünü günahsız hesab edir.

İdman.Biz