Samir Abasov fikrini dəyişdi, futbolçu Asiyaya üz tutdu

Xəbərlər
9 Oktyabr 2025 12:37
43
Samir Abasov fikrini dəyişdi, futbolçu Asiyaya üz tutdu

“Neftçi” ilə danışıq aparan futbolçu Arnaud Lusambanın yeni klubu müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Vyetnamda davam etdirəcək.

O, “Thep Xanh Nam Dinh” komandası ilə müqavilə imzalayıb.

Konqo Demokratik Respublikası millisinin oyunçusu ötən ay “ağ-qaralar”la danışıq aparıb. Bakılıların baş məşqçisi Samir Abasov legionerlə şəxsən maraqlanıb. Detallı araşdırmalardan sonra onu heyətə cəlb etmək fikrindən daşınıb.

Qeyd edək ki, Arnaud Lusamba transfer dəyəri 1 milyon avrodur. Son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Baniyas”ın formasını geyinən futbolçu 2022-2024-cü illərdə Türkiyədə “Alanyaspor” və “Pendikspor”da çıxış edib.

İdman.Biz