Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin bu gün keçirilən oyunları yekunlaşıb.
İdman.Biz xəbər verir ki, II təsnifat mərhələsinə vəsiqə qazanan 4 komanda müəyyənləşib.
"Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edib.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları oktyabrın 10-da keçiriləcək.
11:03
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək.
İdman.biz xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin dörd oyunu baş tutacaq.
Qarşılaşmalar saat 14:00-da start götürəcək. Qalib komandalar II təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
14:00. “Sheki City” – “Araz Saatlı”
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Rekord Arena"
14:00. “Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Dinamo” – “Kür-Araz”
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə qəsəbə stadionu
“Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmnədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Ağstafa şəhər stadionu
Qeyd edək ki, bu raundun digər qarşılaşmaları oktyabrın 10-da olacaq.
