“Boka Xuniors”un baş məşqçisi vəfat edib

Xəbərlər
9 Oktyabr 2025 09:46
44
“Boka Xuniors”un baş məşqçisi vəfat edib

Argentinanın “Boka Xuniors” futbol klubunun baş məşqçisi Migel Anxel Russo uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, Russo son aylarda bir neçə dəfə xəstəxanada müvafiq prosedurlar keçib, daha sonra ev şəraitində müalicəsi davam edib.

Səhhətindəki problemlərə görə o, məşqçilik fəaliyyətini dayandırsa da, lakin komandadan tam uzaqlaşmamışdı.

Təcrübəli mütəxəssis “Boka Xuniors”a üç fərqli dövrdə rəhbərlik edib. 2007-ci ildə “Copa Libertadores” kubokunu qazanıb, 2020-ci ildə Argentina çempionu olub və bu il Klublararası Dünya Çempionatında komandanı idarə edib.

Futbolçu karyerası ərzində Ruso bütün oyunlarını “Estudiyantes” klubunda keçirib və 418 matçda meydana çıxıb. O, 1989-cu ildə məşqçiliyə başlayıb və “Lanus”, “Veles”, “San-Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiyantes” və “Boka Xuniors” kimi klublarda çalışıb.

İdman.Biz