“Napoli”nin Neymar istəyi - Klubda ciddi müzakirələr

Xəbərlər
8 Oktyabr 2025 13:37
31
“Napoli”nin Neymar istəyi - Klubda ciddi müzakirələr

İtaliyanın “Napoli” klubu braziliyalı ulduz Neymarın transferini həyata keçirmək niyyətində olub.

İdman.biz "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub rəhbərliyi 2025-ci ilin yanvar–may ayları arasında 33 yaşlı hücumçunun komandaya cəlb olunması ideyasını ciddi şəkildə müzakirə edib.

Prezident Aurelio De Laurentis və baş məşqçi Antonio Konte futbolçunun komandaya və azarkeşlərə potensial təsirini qiymətləndirib.

Lakin bu plan komanda daxilində tarazlığı qorumaq və A Seriyasında qazanılan çempionluqdan sonra kollektivin birliyini saxlamaq məqsədilə reallaşmayıb.

Qeyd edək ki, Neymar 2025-ci ilin yanvarından etibarən Braziliyanın “Santos” klubunun formasını geyinir. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 11 milyon avrodur.

İdman.biz