DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa - Azərbaycan oyununu norveçli hakim idarə edəcək.
İdman.biz-in məlumatına görə, baş hakim Rohit Saqqi olacaq.
Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.