2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək Fransa yığmasının heyətində dəyişiklik edilib.
İdman.biz Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ klubunun oyunçusu Bredli Barkola görüşü buraxacaq.
Buna səbəb onun zədəli olmasıdır. 23 yaşlı hücumçunun əvəzinə “Lill”in üzvü Florian Toven heyətə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan millisi Fransa yığması ilə oktyabrın 10-da Parisdə qarşılaşacaq.