Renatın Dadaşovun komandası səfərdə uduzdu

Xəbərlər
6 Oktyabr 2025 02:18
28
Renatın Dadaşovun komandası səfərdə uduzdu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 11-ci turunda “Rakov”un qonağı olub və 0:2 hesabıyla uduzub.

Oyunda start heyətdə başlamış Renat 79-cu dəqiqədə sarı vərəqə alıb, 84-cü dəqiqədə isə əvəzlənib.

Dadaşovun komandası 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.

İdman.biz