Serie A-nın 6-cı turunda “Napoli” evdə “Cenoa” ilə qarşılaşıb.
İdman.biz xəbər verir ki, oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Matçın ilk qolunu 34-cü dəqiqədə qonaqların hücumçusu Ceff Ekhator vurub. 57-ci dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Frank Angissa hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə hücumçu Rasmus Hoylund komandası üçün qələbə qoluna imza atıb.
Qeyd edək ki, hazırda “Napoli” 15 xala yüksələrək Serie A cədvəlinin lideri olub. “Cenoa” isə iki xalla 19-cu pillədə qərarlaşıb.