“Sabah”ın futbolçusu “Karvan-Yevlax”la oyundan sonra xəstəxanaya aparıldı – VİDEO

Xəbərlər
5 Oktyabr 2025 17:40
37
“Sabah”ın futbolçusu “Karvan-Yevlax”la oyundan sonra xəstəxanaya aparıldı – VİDEO

“Sabah”ın aparıcı futbolçularından biri Coy-Lens Mikels Misli Premyer Liqasının VII turunda “Karvan-Yevlax” ilə oyunda ciddi zədə alıb.

İdman.biz xəbər verir ki, hadisə görüşün son dəqiqələrində baş verib.

Mikels rəqib qapıçısı ilə toqquşub və ayağa qalxa bilməyib. Ona meydanda ilkin tibbi yardım göstərilib, daha sonra isə təcili yardım maşını ilə yerli klinikalardan birinə aparılıb.

Futbolçunun durumu ilə bağlı əlavə məlumat açıqlanacaq.

İdman.biz