“Real” “Qızıl top” sahibi üçün 150 milyon avro təklif etməyə hazırlaşır

Xəbərlər
5 Oktyabr 2025 15:20
33
“Real” “Qızıl top” sahibi üçün 150 milyon avro təklif etməyə hazırlaşır

Madridin “Real” klubu “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodrinin transferi ilə maraqlanır.

İdman.biz “Daily Star”a istinadən xəbər verir ki, “kral klubu” ispan futbolçu üçün 150 milyon avro təklif etməyə hazırlaşır.

Mənbənin məlumatına görə, “Siti” rəhbərliyi 29 yaşlı oyunçunu buraxmaq niyyətində deyil və onu komandada saxlamaq üçün yeni müqavilə hazırlayır. Klub Rodrinin maaşını xeyli artırmağı planlaşdırır və futbolçunun karyerasını “şəhərlilər”də başa vuracağına ümid edir.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir və 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, bazar dəyəri isə 110 milyon avro məbləğində qiymətləndirilir.

İdman.biz