“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya futbolunun tarixini yenidən yazmaqda davam edir.
İdman.biz xəbər verir ki, Bundesliqanın VI turunda Frankfurt “Ayntraxt”ına qarşı keçirilən oyunda (3:0) 32 yaşlı ingilis forvard 27-ci dəqiqədə Luis Diasın ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Bu qol Keynin cari mövsümdə Bundesliqadakı 11-ci qolu olub. O, Almaniya çempionatı tarixində ilk futbolçudur ki, mövsümün ilk altı matçında 11 qol vurmağa nail olub.
Qeyd edək ki, 2025/26 mövsümündə ingilis hücumçunun aktivində bütün turnirlər üzrə artıq 10 oyunda 18 qol var. Bu göstərici Keyni hazırda Avropanın ən məhsuldar futbolçusu adına əsas namizədlərdən birinə çevirir.