Fransa millisinin rəsmi səhifəsi 1995-ci ilin sentyabrında baş tutmuş Fransa - Azərbaycan (10:0) oyunundan fotolar paylaşıb.
İdman.biz xəbər verir ki, həmin görüş Azərbaycan yığmasının tarixində ən ağır hesablı məğlubiyyət olaraq qalır.
Sözügedən paylaşım sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Azarkeşlər hesab edirlər ki, fransızlar bu addımı ilə köhnə yaraları bir qədər kobud şəkildə xatırladıblar.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Fransa millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.