Fatih Terim yenidən Səudiyyə Ərəbistanına qayıdır

Xəbərlər
4 Oktyabr 2025 16:17
33
Fatih Terim yenidən Səudiyyə Ərəbistanına qayıdır

72 yaşlı türkiyəli futbol mütəxəssisi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə razılığa gəlib.

İdman.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” fransız Loran Blanla yollarını ayırandan sonra F.Terimlə danışıqlara başlayıb.

Tərəflərin qısa zamanda razılığa gəldiyi bildirilir.

Məlumata əsasən, Fatih Terim gələn həftə ərzində Səudiyyə Ərəbistanına yollanaraq klubla 1+1 illik müqavilə imzalayacaq. Onun üçün təntənəli təqdimat mərasiminin keçiriləcəyi də qeyd olunur.

Qeyd edək ki, Fatih Terim sonuncu dəfə Səudiyyə Ərəbistanının digər klubu “Əl-Şəbab”ı çalışdırıb.

İdman.biz