III MDB Oyunları: U-16 millimiz final görüşünə çıxır

Xəbərlər
4 Oktyabr 2025 10:46
33
III MDB Oyunları: U-16 millimiz final görüşünə çıxır

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün final oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, U-16 millimiz həlledici görüşdə Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.

İdman.biz