Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi oldu

Xəbərlər
3 Oktyabr 2025 11:07
48
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi oldu

“Real” və İtaliya yığmasının sabiq müdafiəçisi, 2006-cı ilin “Qızıl Top” sahibi Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin edilib.

İdman.biz xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkədə paylaşım edib.

Mənbənin sözlərinə görə, rəsmi müqavilə yaxın günlərdə imzalanacaq, təyinat isə oktyabrın 6-da açıqlanacaq.

Kannavaronun son iş yeri Zaqreb “Dinamo”su olub. O, əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu, bir neçə Çin klubunu, Çin millisini, həmçinin “Benevento” və “Udineze”ni çalışdırıb.

Qeyd edək ki, Özbəkistan millisinin baş məşqçisi 2025-ci ilin fevralından Timur Kapadze idi. Onun rəhbərliyi altında yığma tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.

İdman.biz